Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası münasibətlərinin tarixi qədimdir. Bildiyimiz kimi bu iki dövlət eyni mədəniyyətə, kökə, qədim tarixi münasibətlərə, adət-ənənələrinə malikdirlər. Eyni zamanda bu xalqların din və dil eyniliyi də birləşdirir. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992 - ci ildə yaradılmışdır. Bu əməkdaşlığın qurulmasında və inkişafında Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyev və Qazaxıstan xalqının Lideri Nursultan Nazarbayevin xidmətləri olmuşdur. 24 avqust 2022 - ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım - Jomart Tokayevin görüşü təməli qoyulan bu münasibətlərin bu gün də uğurla inkişaf etdiyini bir daha təsdiqləyir. Bildiyimiz kimi iki ölkə başçıları arasında təkbətək görüş keçirildi. Bu görüş zamanı 250-dən çox sənəd imzalanmışdır. Ümumilikdə iki ölkə arasında 130 - dək ikitərəfli sənəd imzalanmışdır. Eyni zamansa Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün çox geniş imkanlar və potensial var. Bu imkanlardan maksimum istifadə edilməlidir. Görüş zamanı imzalanan sənədlərdə ikitərəfli münasibətlərin bundan sonrakı inkişafına xidmət edəcək nüanslar da yer alıb. Bu görüş zamanı ölkəmizin üçün ən yadda qalan hissəsi Cənab Prezident İlham Əliyevə Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayevin Qazaxıstanın "Altun Kıran"- "Qızıl qartal" ali ordeni ilə təltif etməsi oldu. Təltifetmə zamanı Qazaxıstanın Prezidenti bildirdi ki, bütün dünyada tarixi zəfərə imza atan, Azərbaycan ərazisinin bütövlüyünü tam şəkildə təmin edən dövlət başçısı kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti isə öz çıxışında qeyd etdi ki, Qazaxıstanla bizi ortaq dəyər birləşdirir, bir çox iqtisadi və sosial sahələrdə bir çox nailiyyətlərə imza atılıb. Eyni zamanda bundan sonra da iki ölkə arasında münasibətlərin inkişafı üçün lazımi addımlar atılacaq. Prezident Kasım - Jomart Tokayevin Azərbaycana səfəri çərçivəsində 2022 - 2026 - cı illərdə üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramın və strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında Bəyannaməni imzalamaq iki ölkənin inkişafına əlavə təkan verəcək. Vətən müharibəsi dövründə Qazaxıstan dövləti və bütün xalqı ölkəmizin haqlı mübarizəsini hər zaman dəstəklədi. Qazaxıstanın ölkəmizdəki səfirliyinin Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi, Füzuli şəhərində uşaqlar üçün Kumonqon adına Yaradıcılığın İnkişaf Mərkəzini inşa etməsi təsadüfi deyil. Beləliklə, Cənab Prezident Tokayevin Azərbaycana rəsmi səfəri bir daha sübut etdi ki, əlaqələrimiz həm iqtisadi, həm ticari, həm siyasi, həm mədəni sahələrdə inkişaf genişlənəcək. Ölkələr arasında zəngin tarixə malik münasibətlər bundan sonra da arzu edirik ki, hər zaman uğurla inkişaf etsin. Dost və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə nail olunsun. Gülnarə Əlizadə,Xocalı rayonundan məcburi köçkün